Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:49

Obama Əfqanıstana qoşun göndərməyə tələsməyəcək


Baraka Obama Əfqanıstana əlavə qoşun göndərməyə tələsməyəcək. ABŞ prezidenti oktyabrın 26-da Floridada dənizçilərin bazasında çıxış edərkən belə deyib.

B. Obamanın çıxışından bir gün əvvəl isə iki vertolyotun qəzaya uğraması Əfqanıstanda 14 ABŞ hərbçinin ölümü ilə nəticələnib.

Hərbçilər iddia edir ki, vertolyotları yaraqlılar vurub.

Hazırda Pentaqon Əfqanıstanla bağlı yeni strategiyanı nəzərdən keçirir. Strategiyaya Əfqanıstana minlərlə hərbçinin göndərilməsi də daxildir.
XS
SM
MD
LG