Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:38

Azərbaycanda din azadlığının vəziyyəti pisləşib


Azərbaycanda din azadlığı sahəsində vəziyyət pisləşib. ABŞ Dövlət Departamentinin dini azadlıqlar haqda açıqladığı illik hesabatında belə deyilir.

Hesabatda bildirilir ki, martın 18-də keçirilən referendumdan sonra ölkə Konstitusiyasına bir sıra dəyişikliklər edilib, onların ikisi dinin təbliğini məhdudlaşdırır. Bununla yanaşı Milli Məclis də mayın 8-də «Din azadlığı haqqında» qanuna dəyişiklik edib, bu da dini icmaların qeydiyyatı üçün əlavə məhdudiyyətlərə səbəb ola bilər.

Dövlət Departamenti bildirir ki, hökumət vətəndaşların əksəriyyətinin dini azadlığına hörməti davam etdirir, qeyri-ənənəvi dini icmaların üzvləri istisnadır.

Hesabatda o da deyilir ki, hesabat dövründə «məscidlər bağlanıb, Yevangelist protestant dini qruplarına qarşı reydlər keçirilib. İslam və qeyri-ənənəvi xristian dini icmalarının federal və yerli məmurlar tərəfindən təqib etməsi, həbs edilməsi haqda məlumatlar var».

ABŞ-ın dini vəziyyətlə bağlı hesabatı 200-ə yaxın ölkəni əhatə edir.

Hesabatda deyilir ki, İran, Şimali Koreya və Özbəkistanda müxtəlif din nümayəndələri arasında dialoq yaxşılaşsa da, dini repressiyalar qalmaqdadır. İranda hökumətin dini azlıqlara təzyiqi artıb, Özbəkistanda isə dini ədəbiyyatın yayılmasına görə cinayət məsuliyyətinə cəlb edilmək mümkündür.

Günün bütün mövzuları

XS
SM
MD
LG