Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:41

Jurnalistin qətlinə görə mafiya başçısı həbs olunub


Xorvatiya və Serbiya prokurorları jurnalistin qətlinə görə doqquz adama eyni zamanda ittiham elan ediblər. Onlar təşkilatlı cinayətkarlıqla bağlı araşdırma aparan xorvat jurnalisti keçən il qətlə yetirməkdə ittiham olunurlar.

“Nacional” adlı həftəlik qəzetin baş redaktoru İvo Pukanic və onun köməkçisini Zaqrebdə bomba partlayışı ilə öldürmüşdülər.

Belqradda prokuror bildirib ki, məşhur mafiya başçısı Sreten Jocic bu qətli sifariş verməkdə ittiham olunur. Məlumata görə mafiya başçısı ilə iki köməkçisi də həbs olunub.

Xorvatiya hakimiyyəti də bu hadisəyə görə altı adamın həbs olunduğunu bildirib.

İddiaya görə Jocic jurnalisti qətlə yetirməklə onun Balkanlarda təşkilatlı cinayətkarlıq istiqamətində araşdırmasını dayandırmaq istəyirmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG