Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:49

16 Gürcüstan sakini oğurlanıb


Tbilisi Moskvanı separatçı Cənubi Osetiya regionu ilə təmas xəttində 16 sakini oğurlamaqda ittiham edir.

Gürcüstanın Daxili İşlər Nazirliyinin sözçüsü Şota Utiaşvili bu gün bildirib ki, Rusiya silahlı qüvvələri odun yığan həmin sakinləri bazar günü günorta saatlarında Duşeti rayonundan aparıb.

Separatçıların lideri Eduard Kokoytinin köməkçisi isə Rusiya keşikçilərinin bu 16 adamı “sərhədin qanunsuz keçdiklərinə görə” tutduqlarını deyib. Köməkçi gürcülərin “Cənubi Osetiya ərazisində qanunsuz ağac qırmaqda ittiham edildiklərini” deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG