Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:15

Drezdendə müsəlman hamilə qadının qətli ilə bağlı məhkəmə başlayıb


Bu gün Almaniyada misirli hamilə qadını bıçaqlayıb öldürən adamın məhkəməsi başlayıb.

Hadisə iyul ayında Drezdendə bir məhkəmə zalında baş vermişdi. O zaman Misirli qadın Marva əl-Şerbini məhkəməyə müraciət edərək Aleksander V. kimi təqdim olunan 29 yaşlı Rusiya əslli Almaniya vətəndaşının onu təhqir etdiyini bildirmişdi.

İddiaya görə bir uşaq meydançasında mübahisələri zamanı Aleksander başında çadra olduğu üçün ona “terrorçu” deyibmiş. Bu mübahisə araşdırılarkən Aleksander V. üç aylıq hamilə olan Marva əl-Şerbini 16 bıçaq zərbəsi ilə qətlə yetirmiş, onun ərini isə yaralamışdı.

İndi qətl hadisəsi üçzrə məhkəmə prosesi də həmin hadisənin baş verdiyi eyni məhkəmə zalında başlayıb.

Marva əl-Şerbinin qətlinə müsəlman ölkələrinin bir çoxundan sırt etirazlar səslənmişdi. Həmin ölkələrin bəzilərində media əl-Şerebini “şəhid” adlandırıb, Almaniyanı ksenefobiya və islam əleyhdarlarına dözümlülük nümayiş etdirməkdə ittiham etmişdi.

Bu gün Drezdendə başlayan məhkəmənin ətrafında 200 polis asayişin mühafizəsinə cəlb olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG