Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:12

Bakı-Şamaxı yolunun bir hissəsində nəqliyyatın hərəkəti bərpa olunub


Bakı-Şamaxı yolunun iki gündür bağlanan hissəsində nəqliyyatın hərəkəti bərpa olunub. Bu barədə AzdalıqRadiosuna «Akkord» Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Afaq Quliyeva məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 26-dan başlayan yağışlar yol çəkilişinə problem yaratdığı üçün işlər dayandırılıb: «Amma iki gün ərzində yol təmir-bərpa işləriylə bağlı əsas işlər görüldüyü üçün nəqliyyatın hərəkətin məhdudlaşdıran qadağa aradan qaldırılıb. Yəni maşınlar artıq sərbəst hərəkət edə bilərlər».

Afaq Quliyeva deyir ki, qeyri-sabit hava şəraiti dəyişən kimi yenidən işə başlanacaq, amma bu dəfə yolun bir tərəfi bağlanacaq.

Oktyabrın 24-ü gecəsindən Bakı-Şamaxı yolunun Sulutəpədən keçən hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılmışdı.

128 km-lik Bakı-Şamaxı yolunda təmir-bərpa işlərinin noyabrın əvvəlinə kimi başa çatdırılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG