Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:22

Tunusdə eyni adam beşinci dəfə beş illiyə prezident seçilib


Tunis prezidenti böyük səs çoxluğu ilə beşinci dəfə bu vəzifəyə seçilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə prezident Zine Əl- Abidin bin Əli bazar günü keçirilən prezident seçkini 90 % səs çoxluöu ilə udub.

O, 1987-ci ildən bəri keçirilən prezident seçkisini ilk dəfədir ki, belə aşağı faizlə udur. Əvvəlki üç seçkidə onun topladığı səsələrin ən aşağısı 94 faiz, ən yuxarısı isə 99.7 faiz göstərilmişdi.

Amma ola bilər bu, 73 yaşlı bin Əlinin sonuncu seçkisidir. Çünki Tunisdə bir adamın neçə dəfə seçilməsinə məhdudiyyət olmasa da Konstitusiyaya görə prezidentliyə namizədin ən yuxarısı 75 yaşı ola bilər.

Tunis ABŞ və Avropanın çox yaxın müttəfiqidir. Ərəb dünyasının nisbətən müasir və daha sabit ölkəsi hesab olunur.
XS
SM
MD
LG