Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:48

Türkiyəli millət vəkilləri Bakıya gəlir


Türkiyəli millət vəkilləri oktyabrın 27-də Bakıya gəlir. Türkiyənin Azərbaycandakı səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, Böyük Millət Məclisinin təxminən 10 nəfərə yaxın üzvü oktyabrın 30-dək Bakıda bir sıra görüşlər keçirəcəklər.

Onların ölkə başçısı İlham Əliyevlə və parlamentin spikeri Oqtay Əsədovla da görüşü gözlənir.

Türkiyəli millət vəkilləri «Gülüstan» sarayında səfirliyin Cümhuriyyət gününə həsr edəcəyi ziyafətə də qatılacaq.
XS
SM
MD
LG