Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:16

Radovan Karaciçin məhkəməsi oktyabrın 27-ə qədər təxirə salınıb


Müharibə cinayətlərində ittiham olunan Bosniya serblərinin lideri Radovan Karaciç Haaqa beynəlxalq tribunalında bu gün başlamalı olan məhkəməsini baykot edib. Karaciç ona müdafiəsini qurmaq üçün kifayət qədər vaxt verilmədiyini əsas gətirərək, məhkəmənin ilk iclasında iştirak etməyib.

Prokuror isə bildirib ki, Karaçiçin iştirak etməməsi məhkəmənin işini çətinləşdirir. Ona görə də ona vəkil təyin edilməsini istəyib. Hakim məhkəməni oktyabrın 27-ə qədər təxirə salıb.

Radovan Karaciç keçən ilin iyulunda həbs olunub. O 11 müharibə cinayətində, o cümlədən Srebrenitsada soyqırım törətməkdə ittiham olunur. Özü isə bütün ittihamları rədd edir.


XS
SM
MD
LG