Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:15

Pakistanda 6 hərbçi həlak olub


Rəsmi məlumata görə ölənlərdən iki nəfəri silahlılar Toravar kəndinə hücum vaxtı həlak olublar. Həmin döyüşdə 10 silahlı öldürülüb. Döyüşlər Matxak kəndində də olub. Burdakı döyüşlərdə 4 əsgər və 7 yaraqlı ölüb.

Pakistan ordusu Cənubi Vəziristanda Taliban döyüşçülərinə qarşı apardığı hərbi əməliyyatlarda böyük uğurlar qazandığını bildirib. Hərbçilər Kotkay şəhərinin ardınca Talibanın əsas hərbi bazası sayılan Sararoqa şəhəri istiqamətində daha iki mühüm yaşayış məntəqəsini ələ keçirdiklərini bildiriblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG