Keçid linkləri

2017, 16 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 21:26

Pakistan ordusu Talibana qarşı geniş hərbi əməliyyatlar keçirir


Pakistan ordusu Cənubi Vəziristanda Taliban döyüşçülərinə qarşı apardığı hərbi əməliyyatlarda böyük uğurlar qazandığını bildirib. Hərbçilər Kotkay şəhərinin ardınca Talibanın əsas hərbi bazası sayılan Sararoğa şəhəri istiqamətində daha iki mühüm yaşayış məntəqəsini ələ keçirdiklərini bildiriblər.

Pakistandakı taliblərin lideri Hakimulla Məsudun doğma şəhəri olan Kotkay şənbə günü azad edilib. Canlı bombaların əsasən bu şəhərdə hazırlandığı bildirilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG