Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:06

Xodorkovski və Lebedevin tərəfdarları piketə çıxıb


Bu gün Moskvada həbsdə olan Mixail Xodorkovski və Platon Lebedevin müdafiəsi məqsədilə piket keçirilib.

Harri Kasparov, Vladimir Rıjkov və hüquq müdafiəçisi Mixail Kriqer də daxil olmaqla piketdə onlarla siyasi xadim iştirak edib.

Piketçilər “ Siyasi Məhbuslara Azadlıq” və ” Rədd Olsun Çekist Hökuməti” kimi şüarlar səsləndiriblər.

8 ildir ki, həbsdə olan YUKOS-un keçmiş rəhbərləri Mixail Xodorkovski və Platon Lebedevin işiylə bağlı ikinci məhkəmə prosesi gedir.

Onlar maliyyə fırıldaqçılığında və vergidən yayınmaqda itiham olunurlar.
XS
SM
MD
LG