Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:49

Misirdə dəmiryol qəzasında 18 adam ölüb


Misirdə baş vermiş dəmiryol qəzası nəticəsində 18 nəfər ölüb, 40-a yaxın adam isə yaralanıb.

Bundan əvvəl 15 adamın öldüyü xəbər verilirdi.

Hadisə dünən Qahirənin 40 kilometrliyində baş verib.

Sürətlə gedən sərnişin qatarı qarşıda gözlənilmədən dayanan başqa bir qatarla toqquşub.

Təxminlərə görə qarşıdakı qatarın sürücüsü vurulmuş inəyi yoldan götürmək istəyirmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG