Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:56

Pakistanın sərhəd bölgəsi raket atəşinə tutulub


Pakistanın Əfqanıstanla sərhəd bölgəsinin raket atəşinə tutulması nəticəsində azı 14 yaraqlı ölüb, bir neçəsi isə yaralanıb.

Agentliklər Pakistan rəsmilərinə istinadla xəbər verir ki, zərbə talibançıların komandirlərindən biri Fəqir Məhəmmədin daldalandığı evə vurulub.

Amma Fəqir Məhəmməd bundan bir neçə dəqiqə əvvəl oranı tərk edib.

Güman edilir ki, raketi Amerikanın pilotsuz təyyarəsi atıb.
XS
SM
MD
LG