Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:35

«Azərbaycan rəhbərliyi Türkiyəni «günah keçisi» çıxarmaq istəyir»


Fuad Qəhrəmanlı və Tofiq Abdin

Fuad Qəhrəmanlı və Tofiq Abdin

«Azərbaycan rəhbərliyi Türkiyəni «günah keçisi» çıxarmaq istəyir»

Bu fikri «Panorama» verilişində politoloq Fuad Qəhrəmanlı deyir. O, düşünür ki, hakimiyyət Türkiyə ilə gərginlik yaratmaqla Qarabağ münaqişəsi ətrafında apardıqları uğursuz siyasətə haqq qazandırmaq istəyir:

«16 ildir uğurlu xarici siyasətdən danışırlar Ancaq bu siyasətlə ölkəni aparıb dalana çıxarıblar. Azərbaycan regionda tamamilə təklənib. İndi heç nəyə nail ola bilməmələrinin səbəbini Türkiyənin üstünə atmaq istəyirlər. Guya, bütün günahlar Türkiyədədir»…

F.Qəhrəmanlı deyir ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsi əvvəlcədən düşünülmüş siyasətin tərkib hissəsidir:

«Fikir verin, Türkiyə ilə bütün körpülər yandırılır. Əvəzində Rusiya və İran bu regionda üstün mövqe əldə etmək istəyirlər. İranın Azərbaycana indi vizasız gediş-gəliş təklif etməsi təsadüf deyil. Burada Rusiyanın da məqsədi aydındır. Rusiya protokolların imzalanmasını müdafiə etməklə özünü sülhpərvər qüvvə kimi təqdim etmək istəyir. Ancaq reallıq ondan ibarətdir ki, Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilməyə-çəkilməyə iqtisadi layihələrə qoşulma imkanı əldə edir. Azərbaycanla Türkiyə arasında münasibətlər gərginləşdikcə Rusiya tamamilə bu regionda üstün mövqe əldə etmiş olur. Regionda bir sıra mövqelər çarpaz olsa da, bu məsələdə üst-üstə düşür. Azərbaycan Türkiyə ilə münasibətləri gərginləşdirməkdənsə daha ağıllı taktika seçməliydi. Yəni Türkiyə hakimiyyətinə onun öz cəmiyyəti vasitəsilə təsir etməliydi. Daha «Şəhidlər xiyabanı»nda türk bayraqlarını endirib Türkiyə müxalifətini, oranın insanlarını da özündən narazı salmazdı».

«Xəzər» jurnalının redaktor müavini Tofiq Abdin də düşünür ki, baş verənlər Türkiyə Azərbaycan münasibətlərinə ağır zərbədir:

«Münasibətlərin gərginləşməsi təkcə bu protokollarla başlamayıb. «Barmek»in Azərbaycandan çıxarılması, məscidlərin qapadılması da bu siyasətin çoxdan başlayan elementləridir. Kim nə deyir desin, məscidlərin bağlanması bizi Sovetlər dönəminə qaytarır. Ancaq Azərbaycanda heç vaxt İslam dövləti qurulası deyil. Odur ki, məscidlərdən qorxmaq lazım deyil»…

T.Abdin düşünür ki, Azərbaycan Avropa tipli ölkədir. Ancaq xalqın şüur səviyyəsinin yüksək olmaması hələ demokratik ənənələrin oturuşmasına imkan vermir.

F.Qəhrəmanlı isə deyir ki, Azərbaycanda demokratiyanın inkişaf etməməsi xalqdan yox, hakimiyyətin mahiyyətindən qaynaqlanır:

«Üstəlik, fikir verin. Heç Azərbaycanın bir cənub rayonunda İranın nəzarətində olan hansısa məscid bağlanıbmı? Türkiyə dövlətinin açdığı məscidlərdən fərqli olaraq bu məscidlər Azərbaycanın dövlət quruluşuna qarşı yönəlib. Deməli, söhbət heç məscid məsələsi də deyil. Türkiyənin ən həssas nöqtələrinə zərbə vurmaq istəyirlər»…

Şərhləri göstər

XS
SM
MD
LG