Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:28

Ərdoğan Pakistana, sonra isə İrana gedir


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Pakistana üçgünlük səfəri gözlənilir.

Səfər zamanı onun parlamentdə çıxışı və və ölkə rəsmilərilə görüşü nəzərdə tutulub.

Danışıqlar zamanı əsasən təhlükəsizlik və ticarət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Gələn bazar ertəsi və çərşənbə axşamı isə Ərdoğanın İranda olacağı gözlənilir.

Tehran səfərində isə İranın nüvə proqramı da daxil olmaqla, regional və beynəlxalq problemlər müzakirə olunacaq.
XS
SM
MD
LG