Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:08

Beynəlxalq müfəttişlər İrana gedir


Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri bu gün İrana gedir.

Onlar Qum şəhərindəki uran zənginləşdirilən ikinci zavoda baş çəkməlirlər.

Tehran bu zavod barədə ötən ay məlumat verib.

İRNA agentliyinin məlumatına görə müfəttişlər İranda 2-3 gün olacaqlar.

İran gələn həftə onun nüvə proqramı ətrafında yaranmış vəziyyətin həlliylə bağlı beynəlxalq aləmin təklifinə rəsmi cavab verməlidir.

Tehrana təklif edilmiş planda onun nüvə proqramı üçün zənginləşdirilmiş uranın İranda yox, Rusiyada istehsal olunması nəzərdə tutulur.

Artıq ABŞ, Rusiya və Fransa bu təklifi qəbul ediblər.
XS
SM
MD
LG