Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:19

Həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirəcək


Minsk Qrupunun həmsədrləri Yerevanda, 1 oktyabr 2009

Minsk Qrupunun həmsədrləri Yerevanda, 1 oktyabr 2009

ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Yuri Merzlyakov (Rusiya) və Bernar Fasye (Fransa) oktyabrın 25-27-də Lüksemburqda səfərdə olacaqlar.

Həmsədrlər ATƏT-in saytına verdikləri açıqlamada Lüksemburqda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklərini bildiriblər. Onlar noyabrda Azərbaycana və Ermənistana növbəti səfərləri barədə planlarını bölüşəcəklər və ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrda keçiriləcək toplantısında Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinə hazırlıq məsələlərini müzakirə edəcəklər.

Həmsədrlər ATƏT-in münaqişələrin qarşısının alınması mərkəzinin Vyanada təşkil etdiyi və ATƏT-in vasitəçilik fəaliyyətinə həsr olunmuş tədbirdə iştirak etdiklərinin də deyiblər.

Onlar Azərbaycanın və Ermənistanın ATƏT-dəki səfirləri ilə görüş keçiriblər. / APA /

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG