Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:18

Güney ədəbiyyatından bəhs edən yeni kitab çıxıb


«Cənubi Azərbaycan ədəbiyyatı tarixi: XIX-XX əsrlər» adlı ikicildlik yeni kitab çıxıb.

Kitabın «XIX əsrdə Cənubi Azərbaycanda folklor» başlığı ilə verilmiş fəslində dastanlar və bayatılar yer alıb.

Başqa bir fəsildə XIX əsrin birinci yarısında yaradılmış ədəbi nümunələrdən bəhs olunur. Burada həmin dövrdə baş verən mühüm ictimai-siyasi hadisələr və zəmanənin görkəmli ədiblərinin yaradıcılığı əksini tapıb, Abbas Mirzə, Nəbati, Fazil xan Şeyda poeziyalarından söhbət açılıb, onların əsərlərindən nümunələr təqdim olunub.

«Ədəbi portretlər» fəslində Əndəlib Qaracadağının, Heyran xanımın və Seyid Əbülqasim Nəbatinin yaradıcılığından söz açılıb.

Digər fəsillərdə XIX əsrin ikinci yarısında Güney Azərbaycanın ədəbi-tarixi mühiti, mədəniyyət və xalq sənətilə bağlı məlumatlar dərc olunub, Məhəmməd Bağır Xalxalinin, Mirzə Mehdi Şükuhinin əsərləri təqdim olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG