Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:19

Minarələrə qadağa qoyulması ilə bağlı referendum olacaq


Seçki hüququ olan isveçrəlilərin 53 faizi ölkədə məscid minarələrinin tikilməsinə qadağa qoyulması üçün referendum keçirilməsinin əleyhinədir.

SSR SRG-nin apardığı sorğu göstərib ki, respondentlərin 13 faizi bu məsələdə bitərəf qalıb, 34 faiz isə minarələrə qadağa qoyulmasına tərəfdardır.

Qadağaya tərəfdar olanların bir çoxu radikal millətçi İsveçrə Xalq Partiyasının tərəfdarlarıdır. Referendumun keçirilməsi təklifi də həmin partiyadan gəlir.

İsveçrənin siyasi sistemi “birbaşa demokratiya” adlanır və ayrı-ayrı qrupların müəyyən sayda imza toplayıb parlamentdən yan keçməklə referendumlar keçirilməsinə nail olmasına şərait yaradır.

Referendumun noyabrın 29-da baş tutması gözlənilir. (DPA)

Günün bütün mövzuları

XS
SM
MD
LG