Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:20

Sarkozinin oğlu direktor yox, direktorlar şurasının üzvü oldu


Avropanın ən böyük biznes rayonunun direktoru olmaq iddialarından geri çəkildiyi günün ertəsi Jan Sarkozi La defense adlı həmin rayonun direktorlar şurasının sadəcə üzvü vəzifəsinə seçilib. (DPA agentliyi)

Fransa prezidentinin 23 yaşlı oğlunun namizədliyini Hauts-de-Seine bölgəsinin şurasının 30 üzvündən 15-i bəyənib.

Jan Sarkozinin seçilə bilməsində qeyri-adi heç nə yoxdur. Çünki bölgə şurasının üzvlərinin çoxu prezident partiyasının – UMP-nin üzvləridir.

Prezident oğlunun direktor olmaq iddiası Fransada iki həftə idi ki qalmaqalla müşayiət olunurdu, Nikola Sarkozini qohumbazlıqda, gənc və təcrübəsiz oğlunu yüz milyonlarla avro dövriyyəsi olan biznesin idarəçiliyi başına gətirmək cəhdində ittiham edirdilər.

Direktor seçkisi dekabrın 4-də olacaq. Jan Sarkozi həmin vəzifəyə namizədliyini irəli sürməyəcəyini bildirib.
XS
SM
MD
LG