Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:35

Rusiyanın başqa ölkələrə hücum etməsini asanlaşdıran qanun təsdiqləndi


Rusiya parlamentinin aşağı palatası hökumətə xarici ölkələrdə hərbi əməliyyatlar aparmaq icazəsi verən qanuna sonuncu - üçüncü oxunuşda da “hə” deyib. Kremlin nəzarətində olan Duma bu qanuna yekdilliklə xeyri-dua verib. Qanuna parlamentin yuxarı palatasında da tezliklə “möhür” vurulacağı gözlənilir.

Bəziləri bu qanunu Rusiyanın öz keçmiş sovet qonşularına münasibətdə siyasətini sərtləşdirməsinin göstəricisi sayır. Qanun layihəsi Rusiyanın keçən ilin avqustunda "Cənubi Osetiyadakı rus sülhməramlılarını qorumaq" üçün Gürcüstana hücum etməsindən sonra hazırlanıb.

Qüvvəyə minəndən sonra bu qanun Rusiya prezidentinə “Rusiya hərbçilərinə qarşı hücumların qarşısının alınması”, “başqa ölkəyə qarşı təcavüzün önlənməsi”, “Rusiya vətəndaşlarının qorunması”, “dəniz quldurlarına qarşı mübarizə aparılması” hallarında xaricdə hərbi əməliyyat keçirməyə icazə verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG