Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:36

Üç Pakistan vətəndaşı və özbək qadın azadlıqdan məhrum edilib


Narkotik vasitələrin alverində təqsirləndirilən Pakistan vətəndaşları Johar Baxtiyar oğlunun, Navaz Muhammad Raham oğlunun və Rahim Sajid Gul oğlunun, o cümlədən, Özbəkistan vətəndaşı Mastura Urak qızı Xodjayevanın məhkəməsi başa çatıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Pakistan vətəndaşlarının hər biri 15, Özbəkistan vətəndaşı isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları «Bakı-Urumçi» aviareysi ilə uçmaq istəyən Özbəkistan vətəndaşı Mastura Xocayevaya məxsus çemodandan 3 kilo 295 qram heroin aşkar edib.

Araşdırma zamanı M.Xocayevanın Bakıda narkotik vasitələrin alveri ilə məşğul olan Pakistan vətəndaşları ilə əlaqələri müəyyən edilib. Əməliyyat nəticəsində pakistanlıların qaldıqları «Cənub» mehmanxanasındakı otaqlara baxış keçirilib. Otaqlardan birindən 3 kilo 330 qram, digərindən 8 kilo 565 qram heroin aşkar edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG