Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:20

42 nəfəri uşaq alverində ittiham edərək tutublar


Çində uşaq alverində ittiham edilən 42 nəfəri həbs ediblər. Onları uşaq oğurluğunda və kəndlərdə valideynlərdən pulla uşaq almaqda günahlandırırlar.

Şinxua agentliyi yazır ki, tutulanlar axır 2 ildə 52 uşaq satıblar. Bu alverdən 60 min dollar qazanıblar.

Çində hökumət əhalinin çox artmaması üçün bir ailə-bir uşaq siyasəti yürüdür. Bir çox ailələr oğlan uşağı istədikləri üçün arzu olunmayan qız uşaqlarını satmağa meylli olurlar.
XS
SM
MD
LG