Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:26

Keçmiş baş nazirin məhkəməsində müzakirələrə son qoyulacaq


Fransa prezidenti Nikola Sarkoziyə qarşı gözdən salma kampaniyası aparmaqda ittiham olunan keçmiş baş nazir Dominik de Villepin məhkəməsində müzakirələrə bu gün son qoyulacaq. İddiaçı tərəf Villepin 18 ay şərti cəza alması və 45 min avro cərimə ödəməsini istəyir.

İttihama görə, Jak Şirak prezidentlikdən gedəndə - 2004-cü ildə hakim partiya sədrliyi və prezidentlik uğrunda de Villepinlə Nikola Sarkozi arasında gedən rəqabətdə Villepin gizli şəkildə Sarkozini nüfuzdan salmaq kampaniyası aparıb.

Villepin bütün ittihamları rədd edir. Məhkəmənin yekun qərar çıxarması üçün aylarla vaxt tələb olunacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG