Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:01

Əfqanıstanda güclü zəlzələ olub


Əfqanıstanın şimalında 6,4 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri Feyzabad şəhərindən 80 kilometr cənub-şərqə, Pakistanla sərhəd yaxınlığına təsadüf edib. Zərər çəkənlər və dağıntılar barədə məlumat verilmir.

«Əl-Cəzirə» telekanalının məlumatına görə, titrəyiş paytaxt Kabulda da hiss olunub. Pakistan mediası isə İslamabad, Ravalpindi, Peşəvər və Lahor sakinləri arasında çaxnaşma düşdüyünü deyir.
XS
SM
MD
LG