Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:39

NATO ölkələrinin müdafiə nazirləri görüşürlər


NATO ölkələrinin müdafiə nazirləri bu gün Şimal-Atlantik İttifaqın Əfqanıstandakı strategiyasını müzakirə edəcəklər. Nazirlər Slovakiyanın paytaxtı Bratislavada görüşürlər. Qurumun baş katibi Anders Foq Rasmussen deyib ki, NATO Əfqanıstanda sülh və sabitliyi mühafizə etmək üçün daha çox işlər görməlidir.

NATO-nun nümayəndəsi Ceyms Appaturayın dediyinə görə, gözlənilir ki, qurumun rəhbərliyi üzv ölkələrə müraciət edəcək ki, əfqan təhlükəsizlik qüvvələrini möhkəmləndirmək və təlimatlandırmaq üçün daha çox maliyyə və qüvvə ayırsınlar.

Gözlənilir ki, ABŞ-ın müdafiə naziri Robert Qeyts müzakirələr zamanı prezident Barak Obamanın Əfqanıstana əlavə qüvvələr göndərməsi məsələsi ilə bağlı da məlumatla çıxış edəcək.

Hazırda NATO-nun Əfqanıstanda 32 mini amerikalı olmaqla 68 min əsgərdən ibarət qoşunu var.
XS
SM
MD
LG