Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:40

Ağdaş rayonundakı silahlı zərərsizləşdirilib


Ağdaş rayonunu qorxu içərisində saxlayan silahlı zərərsizləşdirilib. Bu barədə ANS PRESS-ə Ağdaş rayon prokuroru Munis Adıgözlov məlumat verib. Prokuror bildirib ki, bir neçə gün əvvəl keçmiş icra nümayəndəsini ölüdürüb, bir nəfəri isə yaralayaraq gizlənən 52 yaşlı Ruzman Hüseynov öldürülüb.

Əməliyyat keçirilən zaman Ruzman Hüseynov hüquq-mühafizə orqanlarının əməliyyatçılarına müqavimət göstərib.

Oğurluq etməkdə təqsirli bilinən və axtarışda olan Ruzman Hüseynov oktyabrın 18-də onu zərərsizləşdirmək istəyən polisə silahlı müavimət göstərib. Polis əməkdaşlarına qumbara və avtomat silahdan atəş açan Rüzman Hüseynov qaçaraq Kotavan kəndinin keçmiş icra nümayəndəsi 38 yaşlı Baxşəli Seyfəlovu evində silahla qətlə yetirib, digər kənd sakini 37 yaşlı Famil Əhmədovu isə yaralayıb. Faktla bağlı cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG