Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:14

Moldovada prezident seçkiləri təxirə salınıb


Moldova Parlamentində oktyabrın 23-nə təyin edilmiş president seçkisi təxirə salınıb. Hələ ki, seçkinin yeni tarixi haqda məlumat verilmir.

Ancaq bir namizədin irəli sürüldüyü seçkinin keçirilməsi prosedurları aydın olmadığı üçün parlament səsverməni təxirə salıb.

Moldova parlamentində prezidentliyə yeganə namizəd keçmiş komunist – indisə qərbmeylli Demorkat PArtiyasının sədri olan Marian Lipu olub.

Seçkini boykot eləmək üçün yetərincə səsi olan KOmmunist bloku Lipunu dəstəkləmədiklərini və yeöz namizədlərini də isrəli sürməyəcklərini bəyan ediblər.

Qanunverciliyə görə, prezidenti seçmək üçün 101 yerlik parlamentin 61 deöutatının – 2/3-sinin səsi tələb olunur. Nə 53 mandatı olan 4 qərbmeylli partiyanın koalisiyası, nə də kommunistlər təkbaşına prezidenti seçmək üçün yetərincə səsə malik deyil.

Aprel ayında məhz iki dəfə səsvermənin baş tutmaması üzündən pyeni seçilən parlament buraxılmış, təkrar sçkilər nəticəsində Kommunistlərin yerinə Qərbmeylli müxalifət partiyalarının koalisiyası hakimiyyətə gəlmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG