Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:31

M.Qorbaçov hakimiyyət mübarizəsinə başlayır


Mixail Qorbaçov AzadliqRadiosunun rus xidmətinə müsahibəsində özünün tarixdəki rolunu, ABŞ prezidenti Barak Obamanın Nobel Sülh Mükafatına layiq görülməsini və indiki Kreml rəhbərlərinin siyasətini qiymətləndirib.

RUSİYA HAKİMİYYƏTİ QORBAÇOVUN TƏNQİDİNDƏ

SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov AzadliqRadiosunun Rusiya xidmətinə müsahubəsində Kremlin indiki rəhbərlərini sərt tənqid edib. Bu yaxınlarda keçirilmiş yerli seçkilərdə saxtakarlıq olduğunu deyın keçmiş prezident hakimiyyətin vətəndaşı siyasətdən qaçırmaq üçün planlı siyasət apardığını deyib:

Son beş ildə demokratiyanın inkişafı adı ilə bir neçə dəfə seçki proseslərində aparılan aldadıcı islahatlara fikir verin. Hər şey ona yönəlib ki, vətəndaşın siyasi proseslərdə iştirakına məhdudiyyətlər qoyulsun. Vahid Rusiya partiyasının mahiyyətinə baxın. O, reallıqda bir partiya deyil, dövlət imkanlarından sui-istifadə mexanizmidir”.

KEÇMİŞ PREZİDENT YENƏ PREZİDENTLİK YOLUNA ÇIXIR

Mixail Qorbaçov deyib ki, ölkədə real demokratiya qurmadan bürokratiyaya, zorakılığa və korrupsiyaya qarşı mübarizə heç bir nəticə verməyəcək. O, iş adamı Aleksander Lebedev və bir neçə başqa adamla yeni müstəqil demokratik partiya qurmaq barədə müzakirələr apardığını deyib:

“Bu, hələlik bir ideyadır, hazırda müzakirə olunur. Mən hesab edirəm ki, belə bir partiyanın vaxtı çatıb. Son seçkidə və ondan sonra baş verənlər də bunu göstərdi”.

Qorbaçov deyir ki, o, bir siyasətçi kimi şəxsən yenidənqurma mübarizəsini uduzub. Amma yenidənqurma siyasətinin xarici siyasətdə, yeni düşüncədə qalib qalib gəldiyinə şübhə etmir: “Artıq Rusiyanın geriyə yolu yoxdur”.

QORBAÇOV OBAMANI NOBELƏ HAQLI SAYIR


Özü də Nobel Sülh Mükafatı almış Mixail Qorbaçov ABŞ prezidenti Barak Obamanın da həmin mükafata layiq görülməsini müdafiə etdiyini deyib.

Qorbaçov hesab edir ki, tarix onun apardığı siyasətə görə bu mükafat alyiq olduğunu sübut edib. Onun fikrincə, Nobel Komitəsi Mükafatı Obamaya verməklə həm də onun gələcəkdə yolundan dönməməyə məcbur edib:

M.Qorbaçev və SSRİ-nin ilk və sonuncu Birinci ledisi Raisa Qorbaçeva. 1989-ce il

“ABŞ-da öz ölkəsinə və dünyaya çox ciddi təkan vermiş və artıq real proseslərin başlanmasına nail olmuş yeni prezident belə bir mükafata layiq idi.

Mən başqaları haqqında deyə bilmərəm, amma o, buna layiqdir. İndi Obama bu mükafat üçün məsuliyyət hiss edəcək. Beləliklə də Nobel Komitəsi Obamanı yaxşı işini davam etdirməyə məcbur etdi”.

M.Qorbaçev AzadlıqRadiosunun Moskva bürosunda

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG