Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:17

Polşa və Rumıniya yeni raketdən müdafiə qalxanını bəyənirlər


Bayden Buxarestdə mətbuat konfransında - 22 oktyabr 2009
Bayden Buxarestdə mətbuat konfransında - 22 oktyabr 2009
2008-ci ilin fevralında Pentaqon Sakit Okeandakı gəmisindən göydən düşən, vaxtı keçmiş peyki vurdu. Gəmidən atılan SM-3 raketi idi.

Qiyməti 10 milyon dollar, uzunluğu 6,5 metr olan bu raket indi Barak Obamanın Şərqi Avropa üzərində yaratmaq istədiyi raket hücumundan müdafiə qalxanının əsasına qoyulur.

Amerikanın vitse-prezidenti Co Bayden Rumıniyaya Şərqi Avropada raketlərdən müdafiə qalxanı düzəltmək ideyasını dəstəklədiyinə görə minnətdarlığını bildirib. İdeya isə ondan ibarətdir ki, Amerika birinci mərhələdə qısa və orta radiuslu raketləri vuran raketləri dənizdə yerləşdirəcək, ikinci mərhələdə isə quruda.

Amerika Çexiyada və Polşada raketlərdən müdafiə sistemi yaratmaq fikrindən daşınandan sonra Polşa kimi Şərqi Avropa ölkələrində narahatlıq yaranmışdı ki, onlar Rusiya təhlükəsi qarşısında aciz qala bilərlər.

BAYDENİN ƏSAS MƏQSƏDİ

Oktyabrın 20-dən 24-nə kimi Polşa, Rumıniya və Çexiyaya səfərə çıxan Baydenin əsas məqsədlərindən biri də bu ölkələri əmin etməkdir ki, Amerika onların təhlükəsizliyini təmin edəcək.

Bayden dünən Polşaya söz verib ki, Rusiya ilə gərginliyin azaldılmasının Polşanın təhlükəsiliyinə dəxli yoxdur.

Rusiya əleyhdarı kimi tanınan Polşa prezidenti Lex Kaçinski ilə danışıqlardan sonra Bayden NATO-nun 5-ci maddəsinin əhəmiyyətini də xüsusi vurğulayıb.

Həmin maddədə deyilir ki, NATO-nun bir üzvünə hücum bütün NATO-ya hücum deməkdir.

«BU, DAHA YAXŞI MÜDAFİƏ ARXİTEKTURASI OLACAQ»


Yeni plan haqda isə Bayden deyib ki, bu, Buşun planından daha effektivdir. Yeni sistem daha böyük ərazini qoruyacaq:

«Bu, daha yaxşı müdafiə arxitekturası olacaq. Bu, həm Avropanın təhlükəsizliyini təmin edəcək, həm Amerikanın».

Raketləri vuran SM-3 raketləri Polşada yerləşdiriləcək. Polşanın baş naziri Donald Tusk yeni planı çox cəlbedici adlandırıb və deyib ki, Polşa SM-3 qurğularını öz ərazisində yerləşdirməyə hazırdır.

Buşun planından imtina edilməsini alqışlayan Rusiya isə yeni planın detallarını bilmək istədiyini bəyan edir.

Amerikanın özündə isə Barak Obamanın yeni raket qalxanı planı ətrafında mübahisələr gedir. «Associated Press» Agentliyi yazır ki, Buşun planı 20 ilə 9-13 milyard dollara başa gələcəkdisə, Obamanın planı 18-26 milyard dollara başa gələcək.
XS
SM
MD
LG