Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:47
OXŞARLIQ

«Bazar günü mən seçkiyə getməyəcəyəm. Onsuz da seçkinin nəticəsi bəllidir. Bir var, hamı birdən seçkiyə getsin, onda bəlkə nəsə ola».

Bunu bir gənc bazar günü keçirilməli seçkilər haqda deyir.

Bu ölkədə hökumətin opponentləri şər, təhqir, diffamasiya qanunu ilə prezidenti, dövləti və ya xalqı təhqir etmək ittihamı ilə susdurulur, həbsə atılır.

Bu ölkədə dövlətin pulsuz təhsil, səhiyyə sistemi var. Ancaq onlar özəl təhsil və səhiyyə ilə müqayisə oluna bilməz. Bunlar isə hakimiyyətdəkilərin ya özünün ya da onların qohumlarının, dostlarınındır.

İqtisadiyyat dövlətin total nəzarətindədir. Ancaq nəzarət dövlətin simasında məmurlardadır.

Tunis prezidenti Zine əl-Abidin Ben Əli
Bu ölkədə prezident 2002-ci ildə referendum keçirdi və konstitusiyanı dəyişdi. İndi o 2014-cü ilə kimi prezident seçkilərində iştirak edə bilər.

AZƏRBAYCANDAN ŞİMALİ AFRİKAYA QƏDƏR

Söhbət Tunisdən gedir. Oktyabrın 25-i Tunisdə prezident seçkiləridir.

Müxalifət namizədi Əhməd Brahim öz seçki kampaniyasını «bir partiyalı mentalitetə son qoymaq», «var-dövləti ədalətli bölmək» şüarı ilə aparır.

Ancaq «aparır» demək o qədər də düzgün deyil. O bu gün bəyanat verib ki, təbliğat kampaniyası senzuradan keçir, ona imkan vermirlər.

Tunis prezidenti isə Zine əl-Abidin Ben Əlidir. Qərbin tərəfdaşıdır. O söz verir ki, prezident seçilsə, yeni iş yerləri yaradacaq. Bir də demokratiyanı genişləndirəcək.

Britaniyanın «İndependent» qəzeti yazır ki, Azərbaycandan, Qırğızıstandan tutmuş Şimali Afrikanın müsəlman ölkələrinə qədər hər yerdə hakimiyyət seçkilərdən hakimiyyətdə qalmaq və varlanmaq üçün istifadə edir.

Qəzet yazır ki, akademik araşdırmalar aparılır, ancaq yenə hamı baş sındırır ki, niyə bu müsəlman ölkələri demokratik ola bilmirlər.

Problem çox vaxt səslənən fikirdədirmi ki, Qərb niyə qarışmır?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG