Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:06

Saxarov mükafatı «Memorial»a verildi


Rusiyanın «Memorial» insan haqları qrupu Saxarov mükafatına layiq görülüb.

Avropa Parlamenti insan haqlarının müdafiəsi sahəsində ən böyük mükafatını «Memorial»ın adından Oleq Orlov, Sergey Kovalyov və Lyudmila Alekseyevaya verib.

Avropa parlamentinin prezidenti Jerzy Buzek qalibi – parlamentin siyasi liderlərinin görüşündən sonra elan edib.

Saxarov Düşüncə Azadlığı Mükafatı Sovet alimi və dissident Andrey Saxarovun adını daşıyır. O, 1988-ci ildə təsis olunub.

50 min avro ($64,150)məbləğində olan mükafat dekabrın 16-da Strasburqda təqdim olunacaq.

Saxarov mükafatının əvvəlki qalibləri Nelson Mandela, Myanmanın demokratik lideri Aunq San Su Ki və BMT-nin keçmiş baş katibi Kofi Annan olub.

Bu ilki mükafat Saxarovun ölümünün 20 illik yubileyinə təsadüf edir.

Saxarov «Memorial»ın ilk lideri olub.
XS
SM
MD
LG