Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:11

«Mən də Azərbaycan bayrağına sayğısızlığa dözə bilmirəm»


Əhməd Davudoğlu
Əhməd Davudoğlu
«Heç bir şey Türkiyə üçün Azərbaycanın ərazi bütövlüyündən, Türkiyə-Azərbaycan qardaşlığından daha önəmli ola bilməz».

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 21-ci toplantısında iştirak etmək üçün Bakıya gələn Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu yerli mediaya belə deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü Türkiyə üçün strateji önəm daşıyır:

«17 ildir Azərbaycan torpaqları işğal altındadır. Türkiyə bu illərdə işğalın sona çatması üçün bütün mümkün olanları edib və bundan sonra da etməkdə qərarlıdır. Çünki bu, həm də bizim torpaqlarımızdır. Göy yerə ensə də Türkiyənin Azərbaycanın yanında olması gerçəyin dəyişdirə bilməz».

Əhməd Davudoğlu deyir ki, Güney Qafqazın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsidir:

«Bir protokolları imzalayarkən bildirdik ki, tərəflər arasında normallaşma Güney Qafqazda bütünlükdə təhlükəsizlik problemləri çözüldükdən sonra mümkündür. Güney Qafqazın ən böyük problemi də təbii ki, Dağlıq Qarabağ münaqişəsidir. Biz bu mesajı bütün dünyaya vermişik».

Nazir bildirir ki, iki qardaş arasında bəzən kiçik ixtilaflar olmalıdır. Ancaq bir-birlərinə açıq, səmimi davranmalıdır:

«Bu gün Elmar Məmmədyarovla keçirdiyimiz görüşlər bu səmimi notlar üzərində qurulmuşdu. Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri iki tərəf kimi deyil, problemlərə eyni mövqedən yanaşan vahid tərəf kimi görüşürlər. Mən nazir postuna gələndə, ilk yazılı təlimatlarımdan biri bu oldu - 120-dən artıq səfirliyimizə, 180-dən artıq baş konsulluğumuza göstəriş verdim ki, Azərbaycan vətəndaşları Türkiyə vətəndaşları kimi sizin mühafizəniz altındadır».

Ə.Davudoğlu bildirir ki, yanlış məsələləri ortadan qaldırmaq üçün dostcasına görüşləri davam etdirmək vacibdir:

«Bir daha vurğulayıram ki, Türkiyə bayrağı və Azərbaycan bayrağı bizim üçün eyni anlam daşıyır. Həmin gün Bursada minlərcə Azərbaycan bayrağı evlərdən asılmışdı. Mən stadiondaydım və 50-yə yaxın bayraq həm də stadionda dalğalanırdı. Bu qadağanı Türkiyə deyil, FİFA qoydu. Türkiyə hökuməti əksinə bəlli bir sayda Azərbaycan bayrağının stadiona keçirilməsinə icazə vermişdi. Məni də rahatsız edən bəzi rəsimlər var».

Türkiyə rəsmisi bildirir ki, o da Azərbaycan bayrağına sayğısızlığa dözə bilmir:

«Məncə, burada provokasiya var. Bir insanın bu görüntünü yaratması və kameralara çəkməsi söz könusu ola bilər. Biz bu məsələ ilə bağlı araşdırmalara başlamışıq və ən şiddətli cəzanı verməyə hazırıq. Bu, bizimlə qardaşlarımız arasında fitnə salmaq istəyən provokasiyalardır. Türkiyədə minlərlə Azərbaycan bayrağı dalğalanır və bu bayraqlar əbədiyyətə qədər dalğalanacaq».

Nazir deyir ki, «Biz Türkiyə olaraq bayrağımızın Azərbaycanda xarici dövlətin bayrağı kimi görülməsini istəmirik»:

«Bakının işğaldan azad edilməsi üçün canını fəda edən türk şəhidləri, onların kölgəsində uyuduğu Türkiyə bayraqları və onların ruhuna dualar oxunan şəhidlər məscidi Azərbaycana əmanətimizdir. Onlar bizim deyil, Azərbaycanındır. Türkiyəni işğal edən ingilis əsgərlərinin məzarı başında İngiltərə bayrağı dalğalanır. Bu məsələ hətta düşmənlər arasında qəbul edilmiş bir məsələdir. Bir daha bildirirəm - Türkiyədə Azərbaycan bayraqları dalğalanacaq. Əgər bu bayrağa kimsə sayğısızlıq edirsə, biz bu işin sonuna qədər gedəcəyik. Azərbaycanda baş verənləri isə qardaşlarımızın qərarına buraxmışıq».

Ə.Davudoğlu iki ölkənin iqtisadi münasibətlərinə də toxunub:

«Türkiyə Azərbaycanın strateji önəm daşıyan iqtisadi layihələrini dəstəkləməkdə bundan sonra da davam edəcək. Azərbaycanın mənfəəti hansı layihədə varsa, biz Azərbaycanın yanında olaraq ona dəstək verməyə hazırıq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG