Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:51

3 nazir «Cənub Axın» layihəsini müzakirə edəcək


Rusiya, Türkiyə və İtaliya baş nazirləri oktyabrın 22-də «Nabucco»nun alternativi «Cənub Axın» layihəsini müzakirə edəcəklər.

İtaliyanın baş naziri Silviyo Berluskonu hazırda Rusiyadadır.

Rusiya baş naziri Vladimir Putin deyib ki, türk həmkarları Rəcəb Tayyib Ərdoğan müzakirəyə telefonla qoşulacaq.

«Cənub Axın» layihəsi Rusiyanın «Qazprom» və İtaliyanın «Eni» şirkətləri tərəfindən irəli sürülüb.

Məqsəd Rusiya qazını Qara dənizin altı ilə Avropaya çatdırmaqdır.

Avropa Birliyinin dəstəklədiyi «Nabucco» layihəsi isə Xəzər regionundan qazı Rusiyadan yan keçməklə Avropaya çatdırmalıdır.
XS
SM
MD
LG