Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:29

NATO müdafiə nazirləri Slovakiyadadır


Oktyabrın 22-də NATO ölkələrinin müdafiə nazirləri Slovakiya paytaxtında toplaşır.

Buxarestdə iki günlük qeyri-rəsmi görüşdə Əfqanıstan müharibəsi diqqətdə olacaq.

Əfqanıstanda noyabrın 7-də prezident seçkilərinin 2-ci turu keçirilməlidir. Seçkilər ərəfəsində təhlükəsizlik məsələləri nəzərdən keçiriləcək.

ABŞ prezidenti Barak Obamanın administrasiyası Əfqanıstana talibanla mübarizə aparmaq üçün əlavə qoşun göndərməyi düşünür. Ancaq hələ ki, NATO ölkələri Əfqanıstanla bağlı qərarını seçkilər başa çatana qədər gecikdirir.

Hazırda NATO-nun Əfqanıstanda təxminən 68 minlik qüvvəsi var.

Günün bütün mövzuları

XS
SM
MD
LG