Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:13

Giro Manoyan: «Sənədlərin ratifikasiyasının qarşısını almaq lazımdır»


Giro Manoyan

Giro Manoyan

Türkiyə ilə münasibətləri gücləndirmək üçün Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı güzəştə getməyə dəstəyi çatmır.

Ermənistanlı müxalifət lideri Giro Manoyan inanmır ki, hazırkı hökumət xalqı iki məsələdə - həm Dağlıq Qarabağ, həm də Türkiyə məsələsi ilə bağlı birtərəfli güzəştə getməyin vacibliyinə inandıra bilsin.

Türkiyə və Ermənistan diplomatik əlaqələri qurmaq üçün yol xəritəsini həyata keçirir, Birinci Dünya müharibəsi dövründən davam edən ədavəti başa çatdırmağa, sərhədlərin açılmasına nail olmağa çalışırlar.

Amma prezident Serj Sarkisyan ölkədə opponentləri, xaricdə isə böyük erməni diasporunun müqaviməti ilə üzləşir. Qarşı tərəf Türkiyənin ermənilərin soyqırımı iddiasını qəbul etməsini istəyir.

Həmçinin iki ölkə arasında razılaşmanın parlamentlər tərəfindən ratifikasiya olunana kimi Türkiyənin Dağlıq Qarabağa dair güzəştə getməsi tələbindən narahatdırlar.

Ermənistanın İnqilab Federasiyası – «Daşnaksutyun»un beynəlxalq məsələlər üzrə katibi Giro Manoyan deyir ki, Türkiyə hökuməti ratifikasiya prosesindən Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi, Ermənistana təzyiq vasitəsi kimi istifadə edəcək.

Analitiklər deyirlər ki, Sarkisyana protokolların təsdiqlənməsi, Ermənistanın iqtisadi çətinliyinin yüngülləşdirilməsinin qarşılığında bir şeylər təklif etmək üçün təzyiq olunur.

KÜÇƏ ETİRAZLARI

Manoyanın partiyası – «Daşnaksutyun» diasporda böyük dəstəyə malikdir. Ancaq bu partiya aprel ayında Ermənistanın hakim koalisiyasını tərk edib. Daşnakların parlamentdə 16 yeri var. 7 yeri olan «İrs» Partiyası onların mövqeyini bölüşür.

Yerevanda protokollar əleyhinə etiraz aksiyası
S.Sarkisyanın partiyası isə parlamentdə üstünlükdədir. 94 yerlə protokolun təsdiqlənməsinə nail ola bilər. Ancaq küçə etirazları da ermənilər üçün yad deyil. Ötən ilin mart ayında Sarkisyanın qələbəsindən sonra paytaxtda müxalifətlə polis arasında toqquşma olmuşdu.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan da 1998-ci ildə məhz Azərbaycana güzəşt etməyə çalışdığı üçün rəqiblərinin qəzəbi ilə qarşılaşmış, daha sonra postunu itirmişdi.

Sarkisyanın Türkiyə ilə münasibətləri düzəltmək istəyi bir müddətdir ki, ölkənin xarici siyasətində mühüm rol oynayan diasporu qəzəbləndirib. Xarici ölkələrə səfərə gedərkən Ermənistan prezidenti etiraz aksiyaları ilə qarşılaşıb.

İndi Giro Manoyan deyir ki, istənilən siyasi və konstitusional vasitədən istifadə edərək sənədlərin ratifikasiyasının qarşısını almaq lazımdır.

Əks təqdirdə geriyə bir yol qalır – o da administrasiyanı dəyişmək, protokolların qüvvədən düşdüyünü elan etmək üçün yeni prezident, yeni parlament seçməkdir.
XS
SM
MD
LG