Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:25

Bakıda Qafqazın ən böyük sərgisi açıldı


Bu gün Bakıda 15-ci “BakuBuild” Beynəlxalq İnşaat sərgisi başlayıb. Təşkilatçılar deyir ki, “BakuBuild” nəhəngliyinə görə Qafqazda ən iri sərgi sayılır, həcminə görə hətta “Caspian Oil and Gas” neft-qaz sərgisini də geridə qoyur.

Budəfəki sərgidə 27 ölkədən 270-dən çox şirkət iştirak edir. Sərginin təşkilatçısı “Iteca Caspian” şirkətinin direktor müavini Bəhruz Hidayətzadənin AzadlıqRadiosuna verdiyi məlumata görə, builki sərgidə çoxlu yeniliklər var, çoxlu yeni texnologiyalarla yanaşı bir neçə ölkənin stendləri də ayrıca nümayiş etdirilir. O, yeni iştirakçılardan isə ən maraqlıları kimi Sabançı Holdingin (Türkiyə) TechSa İnşaat şirkətini, “PolimerTeplo” (Rusiya) və yerli “Naymex”i qeyd etdi.

Sərgidə iştirak haqqının hər kvadrat metrə görə 205-265 avroya qədər dəyişdiyini deyən Bəhruz Hidayətzadə qeyd elədi ki, yerli şirkətlərə və əsasən də yerli mətbu orqanlarına güzəştlər edilib.

Sərgi İdman və Konsert Kompleksində oktyabrın 24-nə qədər davam edəcək.

XS
SM
MD
LG