Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:51

Sürix protokolu TBMM-ə gəldi


Sürixdə imzalanan Türkiyə-Ermənistan prokolu Türkiyə Bpyük Millət Məclisinə (TBMM) aparatına təqdim edilib.

Xəbəri «Anadolu» agentliyi yayıb.

Xəbərdə bildirilir ki, Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu günün ikinci yarısında parlament rəhbərliyinə sənədlə bağlı bilgi verəcək. Bundan sonra TBMM-nin rəhbərliyi sənədi parlamentin Xarici Əlaqələr Komitəsinə təqdim edəcək.

Komitədə müzakirələrdən sonra sənəd parlament müzakirəsinə çıxarılacaq.

Oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistanın Xarici Işlər nazirləri iki ölkə arasında münatərəfin normallaşmasını nəzərdə tutan protokolları imzalayıb.
XS
SM
MD
LG