Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 22:02
Oktyabrın 21-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Abdullah Gül arasında telefon danışığı olub.

«Anadolu» Agentliyinin yaydığı xəbərə görə, prezidentlər hər iki dövlət üçün çətin bir dönəmdən keçilərkən yaranan bəzi anlaşılmazlıqların aradan qalxdığını bildiriblər.

İ.Əliyevə telefon açan A.Gül ona ABŞ və Rusiya prezidentləri ilə Qafqazda sülh və təhlükəsizlik məsələlərilə bağlı müzakirələrindən də danışıb.

Gül administrasiyasının yaydığı xəbərə görə, tərəflər Azərbaycanla Türkiyə arasında münasibətlərin soyuması və gərginlik yaranması haqda xəbərlərin əsassız olduğu bildiriblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG