Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:15

Gürcüstanda dəmiryolunda partlayış olub


Gürcüstanda dəmiryolunda partlayış olub. Hadisə ötən gecə ölkənin qərbində Poti şəhəri yaxınlığında baş verib. Həmin vaxt neft məhsulları daşıyan qatar hərəkət edirmiş.


Gürcüstanın dəmiryol idarəsinin rəsmisi xəsarət alan olmadığını deyib.

DİN-yi «terror» maddəsi ilə cinayət işi açıb.

Son aylarda ölkənin qərbində dəmiryol şəbəkəsində 3 dəfə partlayış olub. Partlayışlarda heç kim ciddi xəsarət almayıb.

Rəsmilər partlayışların bəzisini “terror aktı” adlandırıb və separatçı Abxaziyanı günahlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG