Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:28

Əhməd Davudoğlu Bakıda boykot olunacaq?


Əhməd Davudoğlu
Əhməd Davudoğlu
«Bizim yol»: Əhməd Davudoğlu Bakıda boykot olunacaq?

XİN sözçüsü türk nazirin rəsmi görüşlərinin planlaşdırılmadığını bildirib. Qabil Hüseynli isə əks fikirdədir: «Davudoğlu Qərbin adından Azərbaycan rəhbərliyi ilə ciddi danışıqlar aparacaq».

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poloxov «Bizim yol»a açıqlamasında deyib ki, nazirlikdə Davudoğlunun Azərbaycana səfərinə dair rəsmi məlumat olmasa da, yayılan informasiyaları Türkiyə tərəfi təsdiqləyib: «Bu isə o deməkdir ki, Əhməd Davudoğlu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının işində iştirak etmək üçün Azərbaycana gələcək».

Politoloq Qabil Hüseynli isə deyib ki, Əhməd Davudoğlu Bakıya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xətti ilə gəlsə də, iki tərəfli məsələlər də müzakirə olunacaq. Onun sözlərinə görə, ən azından Davudoğlu öz ölkəsinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı gördüyü işlər barədə Bakıya informasiya verəcək

«Azadlıq»: Büdcə kəsiri 7 dəfə artıb

Gələn ilin büdcəsinin yarısı Neft Fondundan transfertlər hesabına formalaşacaq. Qubad İbadoğlu: «Büdcənin əsas hissəsinin Neft Fondundan transferttlər hesabına formalaşması büdcənin dayanıqlığını aşağı salır».

2010-cu ilin dövlət büdcəsinin ötən ilki illə müqayisədə xərclərinin təxminən 1 milyard manat azalması gələn il büdcədə bu istiqamətdə ciddi problemlərin yaşanacağından xəbər verir. Əslində növbəti ilin büdcəsinin bu formada qəbul olunacağını bu ilin sonunda cərəyan edən iqtisadi proseslərə əsaslanaraq demək olardı.

«Yeni Azərbaycan»: Müqəddəratı təyinetmə hüququ müstəqillik demək deyil...

Araz Əzimov: Türkiyənin Ermənistanla sərhədlərinin açılması birtərəfli formada həyata keçirilsə, torpaqların işğaldan azad edilməsi məsələsi ləngiyəcək. «Öz müqəddəratını təyin etmə prinsipi dövlətin parçalanmasına və dövlətin razılığı olmadan onun ərazilərinin ayrılmasına gətirməməlidir. Müqəddəratı təyin etmə hüququ müstəqillik demək deyil və bunun üçün heç bir haqq qazandırmır. Bu hüquq yalnız ərazi bütövlüyü çərçivəsində təmin oluna bilər və beləliklə də, daxili müqəddəratı təyin etmə kimi baxılır, beynəlxalq təcrübədə qəbul edilən norma kimi dəyərləndirilir».

«Yeni Müsavat»: Bayraq krizisinin sirri açılır.

Əli Həsənov: «Bursada Azərbaycan bayrağına sayğısızlıq ediləndə Türkiyə hökuməti bu yanlışı aradan qaldırmalıydı». Haqqında danışdığınız narazılıqları da, sualları da anlayırıq. Bu, təsadüfən indiki ərəfəyə düşüb. Amma bu məsələ bir qədər əvvəl başlamışdı. Bayraqların endirilməsi «Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında» Qanunun yerinə yetirilməsi ilə əlaqədardır. Bu qanunun qəbulundan sonra yerli və mərkəzi icra hakimiyyəti orqanlarına qanunun yerinə yetirilməsi üçün müxtəlif yerlərdə bu tələblərə uyğun olmadan asılmış bayraqların siyahısının hazırlanması barədə tapşırıq verilib. Ola bilər ki, indi iki dövlət arasında münasibətlərin müzakirə olunub həssas nöqtəyə gəldiyi anda bu bayraqların ordan götürülməsi müəyyən narazılıq yaradır. Bu situasiyadan, müəyyən qədər ictimai müzakirəyə çıxarılan, kənardan gərgin kimi görünən bu şəraitdən çıxış yolları tapılacaq və bizim dövlətlərimiz, xalqlarımız, Türkiyə-Azərbaycan arasındakı heç kimdən asılı olmayan dostluğumuz, müttəfiqliyimiz davam edəcək. Bu tipli xırda şeylər aradan qalxacaq».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG