Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:30

BMT İranda baş verən partlayışı pislədi


BMT Təhlükəsizlik Şurası İranda baş verən partlayışı pisləyib. Bazar günü İranın İnqilabi Qvardiyasına hücum olub, onlarla adam ölüb, aralarında qvardiyanın üzvləri də var.

BMT-nin bəyanatı İranın qurumdakı nümayəndəsi Məhəmməd Xazainin məktubuna cavabdır.

Bəyanatda deyilir ki, hücum zamanı 57 nəfər ölüb, daha 150 nəfər yaralanıb.

İran hadisəyə görə məsuliyyəti sünni qruplaşması «Cundullah»ın öz üzərinə götürdüyü bildirib.

İranın «Fars» xəbər agentliyi 3 şübhəlinin həbs olunduğunu bildirsə də, detallarını açıqlamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG