Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:12

Hindistanda iki sərnişin qatarı toqquşub


Hindistanda iki sərnişin qatarı toqquşub, 10-dan artıq adam ölüb, 50-dən artıq insanın vaqonlarda qaldığı güman olunur.

Hadisə ölkənin şimalında Matxura şəhərinin yaxınlığında olub.

Ölkə rəsmiləri bildirib ki, «Mewar Express» qatarı işıqforun qırmızı işığında dayanan zaman arxadan gələn qatar ona çırpılıb.

Xilasetmə işləri davam edir. Ölənlərin sayının artacağı istisna olunmur.
XS
SM
MD
LG