Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:16

Rusiya Serbiyaya 15 illiyə iri məbləğdə borc verdi


Rusiya prezidenti Dmitri Medvedev ölkəsinin Rusiyanın Serbiyaya 1.5 milyon avro borc verməsini təsdiqləyib.

İyul ayında Serbiya büdcəsindəki kəsirin bağlanması üçün Rusiyadan borc istəmişdi. 15 illiyə və üç faizlə verilən bu borc beş hissədə ölkəyə ötürüləcək.

Medvedev iki ölkənin əməkdaşlığının “strateji” mahiyyət daşıdığını, Balkanlar vasitəsilə Avropaya qaz nəql edəcək Cənub Axını kəmərini hər iki ölkə üçün fövqəladə önəmli olduğunu bildirib.

Hər iki ölkənin rəsmiləri Rusiya qazının Serbiya ərazisi ilə nəqlinə dair protokol da imzalayıb.
XS
SM
MD
LG