Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:39

100 deputat Musəvinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir


İran parlamentində müxalifət lideri Mir Hüseyn Musəvinin cinayət məsuliyyətinə cəlb olunması tələbləri səslənib.

100 nəfər yaxın deputat bildirib ki, Musəvi Mahmud Əhmədinejadın prezident seçilməsini tənqid etməklə “milli cinayətə” yol verir və ona görə də məhkum edilməlidir. Mühafizəkar deputatlar baş prokurordan cinayət işi açılmasını tələb ediblər.

Keçən həftə iyun ayında keçirilmiş prezident seçkilərində daha bir islahatçı namizəd, keçmiş spiker Mehdi Kərrubi haqqında da cinayət işi başlanmasına tələblər səslənmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG