Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:40
AzadlıqRadiosunun «İşdən sonra» proqramında Türkiyə-Azərbaycan münasibətlərində yaşanan gərginliyin müxtəlif aspektləri müzakirə olunub

TÜRK İŞ ADAMLARI NARAHATDIR

«Mənə də türk iş adamları zəng vurub narahatlıqlarını bildirirlər, suallar verirlər ki, görəsən, bu son olayların bir təsiri olacaqmı?».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında iqtisadçı Zahid Məmmədov deyib. Onun sözlərinə görə, son vaxtlar Türkiyə əleyhinə çıxışların arxasında bilərəkdən yönəldilən bir siyasət durur. Amma iqtisadçı əmindir ki, yaşanan gərginliyin uzun müddətli perspektivdə münasibətlərə mənfi təsiri olmayacaq.

TÜRKİYƏLİLƏRƏ MÜNASİBƏT DƏYİŞİB


Azərbaycandakı türk tələbələrsə deyirlər ki, böhran artıq onlara olan münasibəti dəyişib. AzadlıqRadiosunun sorğusunda söylənən bu fikirləri şərh edən Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevsə deyir ki, rəsmi Bakı milliyyətindən asılı olmayaraq bütün miqrantlara pis münasibət göstərir.
Qulu Məhərrəmli
İqtisadiyyat və miqrasiya problemləri proqramın birinci saatının mövzusu olub.

AZƏRBAYCANIN STRATEJİ MÜTTƏFİQİ KİM OLACAQ?

Millət vəkili Fəzail Ağamalı isə Türkiyə səfərinin nəticələrindən danışdı. Onun sözlərinə görə, millət vəkilləri türkiyəli həmkarlarına fikirlərini açıq çatdırıblar – protokollar təsdiqlənsə, strateji müttəfiqliyə son qoyulacaq.

Bəs onda Azərbaycanın strateji müttəfiqi kim olacaq? Bu suala Fəzail Ağamalının cavabını «İşdən sonra» proqramının ikinci saatında eşidə bilərsiniz.

Həmin saatda telejurnalist Qulu Məhərrəmli və Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı gərginliyə səbəb olan faktorlar arasında medianın qeyri-peşəkarlığından da danışıblar.

AZƏRBAYCAN POLİSİ DƏFƏLƏRLƏ BAYRAĞIMIZI CIRIB

Akif Nağı
Politoloq Vəfa Quluzadə və Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə hesab edirlər ki, gərginliyin səbəbi media yox, elə baş verən hadisələrdir. Akif Nağının fikrincə, Bursa valisi Azərbaycan xalqından bayraq insidentinə görə üzr istəməli idi. Amma Nağı onu da deyir ki, Azərbaycan bayrağına daha böyük hörmətsizliyi Azərbaycan polisindən görüb:

«Piket keçirərkən dəfələrlə şahidi olmuşam – polis bayrağı əlimizdən alıb, cırıb».

Amma Akif Nağı xatırlamır ki, belə hallardan sonra polislər cəzalandırılsın.

Veriliş boyu məsələ ilə bağlı müxtəlif cinahların fikirləri səsləndirilib. İki saatlıq maraqlı müzakirəni audio fayllarda dinləyin.

MÖVZU ƏTRAFINDA GEDƏN MÜZAKİRƏLƏRİ BURADA İZLƏYƏ BİLƏRSƏN
XS
SM
MD
LG