Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:43

Azərbaycan mətbuat azadlığına görə 146-cı yerdədir


Azərbaycan mətbuat azadlığına görə Ermənistandan da, Gürcüstandan da geridədir. Sərhədsiz Reportyorlar Təşkilatı oktyabrın 20-də «Mətbuat azadlığı indeksi -2009» adlı hesabatını açıqlayıb. Hesabatda Azərbaycan 175 ölkə arasında 146-cı, Ermənistan – 111, Gürcüstan 81-ci yerdədir.

Sərhədsiz Reportyorlar Təşkilatının rəhbəri Jan Fransua Jülyer deyib ki, «bütün dünyada söz azadlığı əvvəlki kimi güc və israrla qorunmalıdır».

Təşkilat rəsmisi bildirir ki, Fransa, İtaliya və Slovakiya kimi demokratik ölkələrdə söz azadlığı indeksi ildən-ilə geriləyir. «Avropa demokratiya azadlıqları sahəsində digər ölkələrə nümunə olmalıdır. Dünyada azadlıqların pozulmasını necə pisləmək olar, əgər özün qınana bilərsənsə? Bu il ABŞ «Obama effektinə» görə 20 pillə irəliləyib».

Sərhədsiz Reportyorlar Təşkilatı İrandakı vəziyyətdən də narahatlığını bildirir. Təşkilat qeyd edir ki, bu ölkədə vəziyyət Türkmənistan, Şimali Koreya, Eritreyadakı duruma yaxınlaşır.

«Mətbuat azadlığı indeksinə» görə birinci yerdə Danimarka, daha sonra Finlandiya, İrlandiya, Norveç gəlir.

Mətbuat azadlığının ən pis vəziyyətdə olan ölkələr isə Eritreya, Şimali Koreya, Türkmənistan, İrandır.
XS
SM
MD
LG