Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:13

Həmsədrlər Ermənistana təzyiq göstərmək istəmir


«Həmsədrlər sübut etdi ki, Ermənistana təzyiq göstərə bilərlər, amma bunu etmək istəmirlər».

Bunu oktyabrın 20-də parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov belə deyib.

O bildirib ki, oktyabrın 10-da Sürixdə Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması zamanı həmsədr dövlətlərin 3-nün də yüksək səviyyəli rəsmisi iştirak edib.

Və bu onu göstərir ki, istənilən vaxt Ermənistana təsir etmək mümkündür: « Əgər Ermənistanın xarici işlər nazirinə «imzala, get» deməyi bacarırlarsa, deməli, «Qoşunlarını Qarabağdan çək» deyə də bilərlər. Özlərinə lazım olan məsələlərdə yığışıb problemi həll edirlər, bütün bu onu göstərir ki, böyük dövlətlər beynəlxalq hüquqa əməl etmir».

Oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasını nəzərdə tutan protokol imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG