Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:45

İranın nüvə proqramının müzakirəsi davam edir


İranın mübahisəli nüvə proqramı ilə bağlı danışıqlar davam edir. BMT-nin nüvə agentliyinin rəhbəri Məhəmməd Əl Baradeyi bildirib ki, 6 güc dövləti və İran arasında Vyanada keçirilən danışıqların ilk günü «yaxşı başlanğıc» götürüb.

Vyanada keçirilən danışıqlarda İranın nüvə energetikası ehtiyacı üçün uranın üçüncü ölkədə zənginləşdirilməsi mümkünlüyü müzakirə olunur.

Bu təklif dünya liderlərinə oktyabrın 1-i Cenevrədə İranla danışıqlar zamanı irəli sürülüb.
XS
SM
MD
LG